Əcnəbi turistlər Azərbaycanda ən çox taksilərdən narazı qalıblar – Siyahı


Sentyabr ayında turizm məqsədilə Azərbaycana gələn 16 min 527 əcnəbi göstərilən xidmətlərdən narazı qalıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, sentyabr ayında turizm məqsədilə Azərbaycana 175 min 517 əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib.
Qeyd edək ki, 3 min 5 turist taksi xidmətindən, 2 min 915 turist yerləşmə xidmətindən, 1  737 turist avtobusla sərnişindaşıma xidmətindən, 1 677 turist bələdçi xidmətlərindən, 1 014 turist ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən, 1 003 turist metro ilə sərnişindaşıma xidmətindən, 383 turist isə turagentlərin (turoperatorların) xidmətlərindən narazı qalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top