İmişli və Şirvanda ev yanıb

İmişli və Şirvanda fərdi yaşayış mənzilləri yanıb. İmişli şəhəri Xiyabani küçəsində yerləşən Qarayev Nazim Umud oğluna məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin çardağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şirvan şəhəri Nizami küçəsi, 51 ünvanında yerləşən Mehdiyev Baratəli Hilal oğluna məxsus ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət olan evin aynabəndinin tavanı 30 kv.m sahədə yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Apa

DİGƏR XƏBƏRLƏR

Top