Ermənistan Azərbaycana qarşı beynəlxalq məhkəmələrdəki iddialarını nə vaxt geri götürəcək?


Ermənistan Azərbaycanla sülh müqaviləsi yekun olaraq imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddiaları geri götürə bilər.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistan Baş nazirinin aparat rəhbəri Lilit Makunts noyabrın 3-də 2027-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komitələrinin birgə iclasında bildirib.
Lilit Makunts Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Vaşinqtonda imzalanmış çərçivə sazişinin 15-ci maddəsinə istinad edib.
O qeyd edib ki, Ermənistan heç bir beynəlxalq forumda öz maraqlarını müdafiə etməkdən imtina etməyəcək. Bununla belə, Azərbaycanla mövcud mübahisələrə dair qarşılıqlı iddiaların geri götürülməsi sülh prosesinin məntiqinə uyğun addım ola bilər.
Makuntsun sözlərinə görə, bu qərar yalnız Ermənistan və Azərbaycan arasında sülh sazişi yekun olaraq imzalandıqdan sonra verilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top