İspaniyada hücumçu qapıçı ilə toqquşdu, xəstəxanada öldü – Video


Ötən gün İspaniya La Liqa 2-də baş tutan “Tenerife”-“Andorra” (2:2) matçında faciəvi hadisə yaşanıb.
Yeniavaz.com
xəbər verir ki, matçın son dəqiqələrində “Tenerife”nin hücumçusu Xesus de Migel rəqib qapıçı Xesus Ovono ilə toqquşub.

Bu zaman Xesus de Migel huşunu itirərək yerə yıxılıb və ürəyi dayanıb. Həkimlərin müdaxiləsindən sonra o həyata qaytarılıb və huşsuz halda xəstəxanaya çatdırılıb.
Bu gün isə “Tenerife” klubu məlumat yayaraq Xesus de Migelin xəstəxanada vəfat etdiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top