Səbinə Əliyeva yenidən Ombudsman seçildi


Səbinə Əliyeva yenidən Ombudsman seçilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra keçirilən səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə növbəti müddətə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Qeyd edək ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülmüşdü.
Namizədlər Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyeva idi.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir.
Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

DİGƏR XƏBƏRLƏR

Top