
Nepalın Everest bölgəsində yerləşən Periçe kəndində eniş zamanı iki helikopter toqquşub.
Yeniavaz.com “Kathmandu Post” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
Qeyd olunub ki, hər iki helikopterin pilotu yüngül xəsarətlər alıb və əlavə tibbi yardım göstərilməsi üçün Katmanduya aparılıb.
Polisin məlumatına görə, həlak olan şəxs Hindistan vətəndaşıdır.
Tətbiqimizi yükləyə bilərsiniz