Türkiyə, Rusiya və İran rəsmiləri Astanada bir araya gələcək. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə, Rusiya və İran rəsmiləri fevralın 6-da Astanada toplanacaq. Görüşün məqsədi Suriyada atəşkəsin rejiminin tətbiq olunması ilə bağlı danışıqların aparılmasıdır.
Qeyd edək ki, yanvarın 23-də Astanada Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətlərinin iştirakı ilə Suriya böhranının nizamlanması üzrə toplantı keçirilmişdi.