Britaniyada polisin vətəndaşların şəxsi məlumatlarına girişi asanlaşdı

Böyük Britaniyanın Lordlar Palatası “İstintaqın səlahiyyətləri haqqında” qanunu təsdiq edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qanun layihəsi polis və xüsusi xidmət orqanlarına vətəndaşları izləmək üçün misilsiz səlahiyyətlər verir. 2012-ci ildə daxili işlər naziri olmuş indiki baş nazir Tereza Mey tərəfindən irəli sürülən layihə noyabrın sonunda qanun kimi qüvvəyə minəcək. Qanuna əsasən, internet-provayderlər, mobil rabitə operatorları və proqram təminatı tədarükçüləri müştərilərin şəbəkə aktivliyi haqqında informasiyasını bir il ərzində saxlamalıdır. Xüsusi xidmət orqanları və hökumət təşkilatları həmin məlumatalara giriş əldə edəcəklər, onların sifarişi üzrə istifadəçi informasiyasının şifrəsi açıla bilər. Bundan başqa, xüsusi xidmət orqanları orden olmaq şərtilə vətəndaşların kompüterinə və digər qurğularına birbaşa giriş əldə edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top