
“Qarabağ zəfəri Azərbaycan xalqının və Ordusunun zəfəridir”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin Zəfər Patiyasının lideri Ümit Özdağ sosial media hesabında yaydığı videomüraciətdə bildirib.
“Qarabağ müharibəsini əvvəldən axıradək yaxından izləmiş biri olaraq deyə bilərəm ki, Azərbaycan əsgərinin bu müharibədəki cəsarət və qəhrəmanlığı yaxın dövrdəki dünya hərb tarixinə damğa vurub. Hələ ki, sıldırım dağların əhatəsindəki Şuşanın azad edilməsi filmləri xatırladan dastan kimi bir qəhrəmanlıq hekayəsidir”, - deyə Özdağ bildirib.
Partiya lideri videomüraciətdə son dövrlər iki ölkə arasında gedən proseslərdən danışıb.
Həmin videomüraciəti təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz