
Bu ilin üçüncü rübündə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1 milyon 717 min 82 ton neft, 1 milyard 696,5 milyon kubmetr qaz hasil olunub.
Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 5,1% (93 min 50 ton), təbii qaz hasilatı isə 15,3% (298 milyon 214 min kubmetr) azalıb.
Qeyd edək ki, 2025-ci ilin üçüncü rübündə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1 milyon 810 min 132 ton neft, 1 milyard 944,7 milyon kubmetr qaz hasil olunub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz