
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Türk Dövlətləri Təşkilatında (TDT) iştirakını məqsədəuyğun hesab edir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, o, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşkilata Rusiyanın da qoşulması ilə bağlı son təşəbbüsünü şərh edərkən danışıb.
“Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakı məsələsinə gəlincə, bildiyiniz kimi, Rusiyada əhalisi tarixən, mənşəyinə görə türk olan bir sıra regionlar var. Buna görə də Rusiyanın belə bir təşkilatın fəaliyyətində iştirakı tamamilə anlaşılan, məqsədəuyğun və təbii olardı”, – deyə Peskov bildirib.
O, söhbətin Rusiyanın ayrı-ayrı regionlarının deyil, bütövlükdə Rusiya Federasiyasının təşkilatda iştirakından getdiyini xüsusi vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz