
“Fənərbağça”nın baş məşqçi axtarışında mühüm irəliləyiş əldə olunub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisinin portuqaliyalı mütəxəssis Serxio Konseysao ilə razılığa gəldiyi və 51 yaşlı məşqçini İstanbula dəvət etdiyi bildirilir.
Qeyd olunur ki, “Fənərbağça”nın sabiq baş məşqçisi Jorje Jezuş da həmyerlisi barədə müsbət rəy verib.
Xatırladaq ki, bir müddət əvvəl İsmail Kartal ardıcıl uğursuzluqlardan sonra klubun baş məşqçisi postunu tərk edib.
Tətbiqimizi yükləyə bilərsiniz