
Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan yaşayış evi 4 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin ümumi sahəsi 898,2 kvadratmetrə bərabərdir. Əmlakın başlanğıc qiyməti 2 milyon 975 min manatdır.
Qeyd edək ki, hərraca çıxarılan yaşayış evində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Balıqçılıq və Akvakultura Mərkəzi fəaliyyət göstərir.





Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz