Kanadadan Azərbaycana kiloqramı 54 manata düyü gətirilib – Ölkələrin siyahısı


Məlum olduğu kimi, Azərbaycan düyüyə olan ehtiyacını daxili istehsal hesabına təmin edə bilmir.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il ərzində əhali tərəfindən 75 min ton düyü istehlak edilib və bunun yalnız 21 min tonu ölkə daxilində istehsal olunub.
Qeyd edək ki, bu ilin ilk 8 ayında xarici ölkələrdən Azərbaycana 26 milyon 901 min 920 dollar dəyərində 29 min 568,27 ton düyü idxal olunub. İdxal olunan düyünün bir kiloqramının orta gömrük dəyəri 0,91 dollar (1,55 manat) təşkil edib.
Azərbaycana idxal edilən düyünün əsas hissəsi Hindistanın payına düşüb. Belə ki, bu ölkədən 23 min 312,85 ton düyü gətirilib. Bu, ümumi idxalın təxminən 79 faizini təşkil edir.
Ən çox düyü idxal edilən növbəti ölkələr Qazaxıstan (4 157,18 ton), Rusiya (1 170,07 ton) və Pakistan (773,17 ton) olub.
Ən baha düyü Kanadadan (bir kiloqramı 54,4 manat), ən ucuz isə Rusiyadan (0,96 manat) idxal edilib. Qeyd edək ki, Kanadadan gətirilən düyünün miqdarı cəmi 0,01 ton olub.
Azərbaycanın düyü idxal etdiyi ölkələr və bir kiloqramının orta gömrük dəyəri aşağıdakı kimi olub:
Hindistan – 23 312,85 ton (1,7 manat);
Qazaxıstan – 4 157,18 ton (1 manat);
Rusiya – 1 170,07 ton (1 manat);
Pakistan – 773,17 ton (1,5 manat);
Vyetnam – 113,14 ton (1,5 manat);
Türkiyə – 15,12 ton (3,9 manat);
Koreya Respublikası – 8,25 ton (1,4 manat);
Argentina – 4,05 ton (1,3 manat);
İtaliya – 4,31 ton (6,8 manat);
Paraqvay – 4 ton (1 manat);
ABŞ – 2,81 ton (7,4 manat);
Tailand – 1,88 ton (3,1 manat);
Almaniya – 0,75 ton (6,7 manat);
Yaponiya – 0,3 ton (4,1 manat);
Çin – 0,22 ton (1,9 manat);
Böyük Britaniya – 0,15 ton (3,3 manat);
Kanada – 0,01 ton (54,4 manat).


Məlumat üçün onu da qeyd edək ki, bu ilin avqust ayında marketlərdə düyünün orta pərakəndə satış qiyməti bir kiloqram üçün 4 manat olub. Uzun düyünün 1 kilqoramının orta satış qiyməti 4,9 manat, yumuru düyünün satış qiyməti isə 3,1 manat təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top