
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki tankerin dəniz minalarına düşərək partladığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, güclü partlayış nəticəsində tankerlərdən biri – supertanker alovlanıb.
SEPAH-ın iddiasına görə, gəmilər boğazdan icazəsiz marşrutla keçməyə çalışıblar. Bildirilir ki, tankerlərin avtomatik identifikasiya sisteminin (AIS) ötürücüləri söndürülüb. Bu sistem peyk və radio siqnalları vasitəsilə gəminin yerini müəyyən etməyə imkan verir.
Məlumata görə, gəmilər ABŞ hərbçilərinin dəstəyi ilə boğazdan gizli keçməyə cəhd göstəriblər. Lakin partlayışlardan sonra hər iki tanker dayanıb.
Bəyanatda gəmilərin adları açıqlanmayıb. Həmçinin hadisə nəticəsində xəsarət alanlar və ya ölənlər barədə məlumat verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz