
ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində bazar günü günortadan sonra “Learjet” tipli təyyarə yaşayış məntəqəsinə düşüb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan 9 nəfərin hamısı həlak olub.
Hadisə anının anbaan kadrları sosial mediada yayılıb.
“Bu, çox böyük faciədir. Videoya baxanda insan dəhşətə gəlir. Təyyarə sanki raket kimi yerə düşüb, ardınca güclü partlayış baş verib və ətrafa dağıntılar səpələnib”, – Florida qubernatoru Ron DeSantis bildirib.
Federal Aviasiya Administrasiyasının (FAA) bəyanatına görə, özəl təyyarə Texas ştatındakı Ostin-Berqstrom Beynəlxalq Hava Limanından havaya qalxaraq Baham adalarındakı Nort-Eleytera hava limanına istiqamət alıb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəza ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
WATCH: New video shows Learjet 60 business jet crashing near West Palm Beach, Florida. The plane was completely disintegrated upon impact. Number of casualties unknown. https://t.co/l5JT9KEWnQ
— BNO News (@BNONews) November 1, 2026
Tətbiqimizi yükləyə bilərsiniz