"Yola səpilən duz avtomobilləri çürüdür - yuduzdurun"

"Sürücülər belə şəraitdə bir tövsiyəni də unutmasalar, yaxşı olar - yollarda qar-buzu əritmək üçün səpilən duz suda həll olaraq avtomobilinizin hər yerinə hopur". Yeniavaz.com xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. Ekspert deyib ki, duz korroziya prosesində çox güclü katalizatordur: "Yəni duza hopmuş metal hissəslər daha çox korroziyaya məruz qalır. Ona görə də küçələr quruyan kimi avtomobilinizin alt-üstünü su ilə yaxşı yuduzdurun ki, çürüməsin".

Ə. Hüseynov başqa bir məqama da toxunub: "Dünən bildirmişdim ki, səkilər təmizlənmədiyinə görə bu günlərdə piyada olaraq xəsarət alanlar avtoqəzalarda xəsarət alanlardan çox olacaq. Təəssüf ki, rəsmi statistika bunu təsdiqlədi: dünən Bakıda buzlu yollarda yıxılma səbəbindən 1 piyada ölüb, 39 nəfər xəsarət alıb".

DİGƏR XƏBƏRLƏR

Top