Daşınmaz əmlak kreditlərinin 59%-i üç bankın payına düşüb – Tam siyahı


Bu ilin ilk 3 rübündə Azərbaycan banklarının daşınmaz əmlak kreditlərinin həcmi 4 milyard 836,7 milyon manat olub.
Yeniavaz.com
xəbər verir ki, daşınmaz əmlak kreditlərinin həcminə görə ilk sırada Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC qərarlaşıb. Bankın bu ilin ilk 9 ayındakı daşınmaz əmlak kreditləri 1 milyard 808,3 milyon manat təşkil edib.
İkinci sırada 587,5 milyon manatla “Kapital Bank” ASC yer alıb. İlk üçlüyü isə 532,2 milyon manat daşınmaz əmlak krediti ilə “Xalq Bank” ASC tamamlayıb.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 21 bankın daşınmaz əmlak kreditlərinin 59,3%-i və ya 2 milyard 928 milyon manatı bu üç bankın payına düşüb.
Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin ilk 3 rübündə daşınmaz əmlak kreditləri aşağıdakı kimi olub:
ABB – 1 milyard 808,3 milyon manat;
Kapital Bank – 587,5 milyon manat;
Xalq Bank – 532,2 milyon manat;
PAŞA Bank – 261,3 milyon manat;
Azər Türk Bank – 217,6 milyon manat;
Rabitəbank – 204,8 milyon manat;
Bank Respublika – 182,5 milyon manat;
TuranBank – 139,7 milyon manat;
Expressbank – 130,4 milyon manat;
Unibank KB – 118,9 milyon manat;
Yelo Bank – 110,7 milyon manat;
Premium Bank – 72,8 milyon manat;
Bank of Baku – 72,2 milyon manat;
AFB Bank – 72 milyon manat;
Bank VTB (Azərbaycan) – 71,4 milyon manat;
Yapı Kredi Bank Azərbaycan – 70,6 milyon manat;
Bank Avrasiya – 61,6 milyon manat;
Ziraat Bank Azərbaycan – 59,8 milyon manat;
AccessBank – 32,4 milyon manat;
Azərbaycan Sənaye Bankı – 29,9 milyon manat;
Bank Melli İran Bakı filialı – 0,1 milyon manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top