
Azərbaycan Premyer Liqasının 10-cu turunda "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi"nin heyətində Qustavo Klisman 14-cü, Breno Almeyda 49-cu, Adeleke Akinyemi isə 75-ci dəqiqədə rəqib qapısına yol tapıb. "Şamaxı"dan Abdullahi Şuaybu 24-cü, Ayman Bouali isə 64-cü dəqiqədə fərqlənib.
Bu nəticədən sonra xallarını 21-ə yüksəldən "Neftçi" turnir cədvəlinin zirvəsinə qalxıb. 13 xalı olan "Şamaxı" isə 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Turan Tovuz" doğma meydanda "Sabah"ı 3:2 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" – "Zirə" matçında 2:2, "Qəbələ" – "Qarabağ" görüşündə isə 0:0 hesabı qeydə alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz