
ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin bu həftə yenidən başlaya biləcəyi ilə bağlı suala sərt reaksiya verib.
Yeniavaz.com xəbər verir ki, hadisə Trampın şənbə günü Florida ştatının Palm-Biç şəhərində yerləşən “Mar-a-Laqo” klubunda təşkil olunan Hellouin (Halloween) şənliyinə gələrkən jurnalistlərə açıqlama verdiyi zaman baş verib.
Belə ki, “The New York Times” qəzetinin müxbiri ABŞ prezidentindən İrana qarşı hərbi əməliyyatların bu həftə yenidən başlaya biləcəyini gözləyib-gözləmədiyini soruşub.
Tramp isə suala əsəbi şəkildə belə cavab verib:
“Bu qədər axmaq sualı niyə verirsiniz? Tutaq ki, belə bir niyyətim var, sizə deyərdim?”
Qeyd edək ki, Tramp həmin gün “Mar-a-Laqo” klubunda keçirilən ənənəvi Hellouin şənliyində də iştirak edib. O, tədbirə həmişəki kimi tünd göy rəngli kostyum və qırmızı qalstukda qatılıb. Geyiminin hansı obrazı ifadə etdiyi barədə suala isə zarafatla “Donald Tramp kimi geyinmişəm” cavabını verib.
Tətbiqimizi yükləyə bilərsiniz