
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması barədə polisə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin obyektdə mühafizəçi vəzifəsində çalışan Heydər Sərdarov “APA Group”un əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirib, onun peşə fəaliyyətini həyata keçirməsinə mane olub.
Polis tərəfindən müvafiq tədbirlər görülüb, hadisəni törədən şəxs saxlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz