Premyer Liqada bu gün daha iki qarşılaşma baş tutacaq


Azərbaycan Premyer Liqasının X turu çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, turun oyunlarına saat 15:00-da start veriləcək. İlk görüşdə “Şamaxı” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Tərəflər Şamaxı şəhər stadionunda üz-üzə gələcəklər.
Günün digər matçı isə Gəncədə keçiriləcək. Burada yerli “Kəpəz” komandası “İmişli” ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın start fiti saat 17:30-da səslənəcək.

DİGƏR XƏBƏRLƏR

Top