Rusiyadan deportasiya edilən əcnəbilərin sayı 50 faiz artıb


Bu ilin ilk doqquz ayında Rusiyadan deportasiya edilən əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) direktoru Dmitri Aristov TASS-a müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında 63 min 500 xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs Rusiyadan məcburi şəkildə deportasiya edilib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.
Qeyd edək ki, daha əvvəl 2026-cı ilin ilk yarısında Rusiyanın paytaxtı Moskvadan 16 min əcnəbinin ölkəyə giriş və ya yaşayış qaydalarını pozduğuna görə deportasiya edildiyi bildirilmişdi.
TASS-ın məlumatına əsasən, 2025-ci il ərzində Rusiyadan təxminən 64 min, 2024-cü ildə 87 min, 2023-cü ildə isə 44 min əcnəbi deportasiya olunub.
Bundan başqa, 2017-2023-cü illər ərzində miqrasiya və ya əmək qanunvericiliyini pozduqlarına görə təxminən 200 min xarici ölkə vətəndaşı Rusiyadan deportasiya edilib.

DİGƏR XƏBƏRLƏR

Top