SEPAH Hörmüzdə iki tankeri saxlayıb


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki neft tankeri ilə bağlı insidentlərin baş verdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, İran hərbçilərinin məlumatına görə, gəmilər boğazdan icazə verilməyən marşrutlarla keçməyə cəhd göstərib və boğazın cənub hissəsində saxlanılıb.
Cümə günü yayılan SEPAH Hərbi Dəniz Qüvvələrinin bəyanatında bildirilir ki, tankerlərdən biri boğazın şərq hissəsində, digəri isə qərb hissəsində olub. Məlumata görə, hər iki gəmi naviqasiya və mövqeləndirmə sistemlərini söndürərək, ABŞ hərbçilərinin dəstəyi ilə Tehranın icazə vermədiyi marşrutlarla boğazdan çıxmağa çalışıb.
SEPAH-ın bəyanatına əsasən, tankerlər radio vasitəsilə edilən bir neçə xəbərdarlığa məhəl qoymayıb və təhlükəli zonaya daxil olublar. Bundan sonra onlar boğazın cənub sahilləri yaxınlığında saxlanılıblar.
İran hərbçiləri həmçinin bəyan ediblər ki, gəmilərin saxlanılması və onların göyərtəsində baş verən yanğınlar ABŞ hərbçilərinin düşmənçilik xarakterli hərəkətlərinin, eləcə də tankerlərin Hörmüz boğazında İranın müəyyən etdiyi gəmiçilik qaydalarına əməl etməməsinin nəticəsi olub.

DİGƏR XƏBƏRLƏR

Top