Hakerlər “Binance”dan rekord 6,3 milyard dollar oğurladılar


Hakerlər dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”dən 6,3 milyard dollar oğurlayıblar.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, analitiklərin Şimali Koreyanı ittiham etdikləri bu oğurluq, bütün dövrlərin ən böyük maliyyə soyğunu ola bilər.
Xəbərlərdən sonra kriptovalyuta qiymətləri düşüb, “Binance” isə pul çıxarmağı dayandırıb.
Həmçinin, birja zərərləri ödəmək üçün şirkət vəsaitlərindən istifadə edəcəyini bildirib.
Vəziyyətlə tanış olan bir mənbə “Reuters” agentliyinə bildirib ki, “Binance” Federal Təhqiqat Bürosu və Amerika Birləşmiş Ştatları Gizli Xidməti (USSS) ilə əməkdaşlıq edir.
“Binance” həmçinin “X” sosial şəbəkə səhifəsində bildirib ki, bu, mürəkkəb bir hücum olub və birja hüquq-mühafizə orqanları ilə əlaqələndirilmiş şəkildə onu həll etmək üçün əlindən gələni edir.
Digər tərəfdən, birja müştəri vəsaitlərinin təhlükəsiz olduğunu, təsirlənmiş aktivlərin bir hissəsinin dondurulması üçün tərəfdaşlarla işlədiyini və onların təxminən 3 milyard dollarının tapıldığını bildirib. Ancaq şirkət qalan 3,3 milyard dolların statusu barədə heç bir məlumat verməyib.
Buna baxmayaraq, birja şirkətin təhlükəsizliklə bağlı problemlərin baş verəcəyi təqdirdə istifadəçi aktivlərini qorumaq üçün nəzərdə tutulmuş 1 milyard dollarlıq Bitcoin ehtiyat fondu olduğunu əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top