
Əbu-Dabidə keçiriləcək Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünün tarixləri gələn həftədən əvvəl açıqlana bilər.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Tarixləri müzakirə edirik. Noyabr ayında olacaq”, - o qeyd edib.
Gələn həftə dəqiq tarixləri deyə bilib-bilməyəcəyi barədə suala isə diplomat: “Bəlkə də daha tez deyə bilərəm”, - deyə cavab verib.
O, həmçnin Rusiya və ABŞ-nin Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başladığını əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz