
ABŞ Dövlət Departamenti xarici işlər nazirlərinin birgə fotosunu “İyirmilik Qrupu” (G20) XİN rəhbərləri görüşünün rəsmi gündəliyindən çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsinə istinadla məlumat yayıb.
Agentlik əlavə edib ki, G20 iştirakçılarının ən azı üçdə biri, o cümlədən Avstraliya, Kanada və Almaniya Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə şəkil çəkdirmək ideyasına qarşı çıxıb.
Avropa rəsmiləri Atlanta görüşündə rusiyalı nazirlə və nazirsiz ayrı-ayrı şəkillərin çəkilə biləcəyini təklif etsələr də, Vaşinqton diqqəti gündəmdən yayındırmamaq üçün bu ideyaya qarşı çıxıb.
Qeyd edək ki, “İyirmilik Qrupu” (G20) XİN rəhbərləri görüşü ABŞ-nin Corciya ştatının Atlanta şəhərində keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz