
ABŞ Prezidenti Donald Tramp “Reuters” agentliyinin jurnalistini səhhəti və Kanzas ştatına səfərini ləğv etməsinin səbəbləri ilə maraqlandığı üçün “xəstə” və “iyrənc” adlandırıb.
Yeniavaz.com xəbər verir ki, hadisə prezidentin Cənubi Karolinadan qayıtmasından sonra baş verib.
Jurnalist ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Trampın sıx səfər qrafikinə diqqət çəkərək onun səhhəti ilə maraqlanıb. Prezident özünü yaxşı hiss etdiyini bildirib. Lakin müxbir şənbə günü planlaşdırılan Kanzas səfərinin ləğv edilməsinin səbəbləri barədə suallar verməyə davam edib.
“Reuters” dəhşətli xəbər agentliyidir. Siz xəstə insansınız”, – deyə Tramp suallara cavabında bildirib.
ABŞ lideri jurnalistin fiziki vəziyyətini də tənqid edərək, əslində özünü pis hiss edən şəxsin məhz müxbir olduğunu söyləyib. Tramp səfərdən imtina etməsini respublikaçı senator Rocer Marşalın seçki kampaniyasını uğurla aparması və onun şəxsi dəstəyinə ehtiyac duymaması ilə izah edib.
“Siz artıq iki həftədir ki, məni izləyirsiniz. Özümü əla hiss edirəm. Siz iyrəncsiniz. Özünüzə fikir verin. Dəhşətli görünürsünüz”, – deyə Tramp jurnalistə bildirib.
NYP-nin məlumatına görə, mübahisə jurnalist Ceykob Boceclə baş verib. Hadisədən sonra Ağ Evin komandası “X” sosial şəbəkəsində paylaşım edərək prezidentin reaksiyasına dəstək ifadə edib.
ABŞ administrasiyasının nümayəndəsi NYP-yə bildirib ki, aralıq seçkilərə qədər Tramp seçicilərlə əlaqəni davam etdirmək üçün məsafədən 20-dən çox seçkiqabağı tədbirdə iştirak etməyi planlaşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz