Ərdoğan Merkelin bu ifadəsinə narazılığını bildirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Almaniya kansleri Agela Merkelin İŞİD terror qruplaşması barədə bəhs edərkən işlətdiyi “islamçı terror” ifadəsinə narazılığını bildirib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ikitərəfli görüşdən sonra açıqlama verən Türkiyə prezidenti bildirib ki, “islamçı terror” ifadəsi müsəlmanları ciddi mənada məyus edir. O qeyd edib ki, belə bir ifadə işlədilə bilməz, doğru deyil: “İŞİD-ə görə “islamçı terror” ifadəsini işlətsək, bu məyusedici olar. Çünki bu ifadə işlədildiyi müddət ərzində bunun qarşısında dayanmaq məcburiyyətindəyik, səssiz qalsaq isə onu qəbul etmiş sayılırıq”. A. Merkel isə buna cavab olaraq qeyd edib ki, dini azadlıq onun üçün çox önəmlidir və demokratiyanın bir hissəsi kimi qəbul edir: “Almaniyada müsəlmanların inanclarını azad yaşamaları üçün əlimizdən gələni edirik. İslam və islamçı arasında fərq var”.

DİGƏR XƏBƏRLƏR

Top