
Qax rayonunda yerləşən evdən məişət əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Məmmədli müəyyən edilərək saxlanılıb.
“Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. S.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz