ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf etdi


ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin Strateji Planlaşdırma İdarəsinin rəisi vəzifəsindən azad edilən general-leytenant Brett Silva bir il ərzində Ukrayna və İranla bağlı məxfi məlumatları müxtəlif media qurumlarının iki jurnalistinə ötürdüyünü etiraf edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” araşdırma hesabatına istinadla məlumat yayıb.
Portalın məlumatına görə, Silva poliqraf cihazı ilə keçirilən dörd yoxlamadan keçə bilmədikdən sonra günahını etiraf edib. Hesabatda bildirilir ki, general yalan detektoru ilə bir neçə yoxlama zamanı problemlə üzləşib.
Hesabata əsasən, Silva media qurumlarına məlumatları icazəsiz ötürməkdə ittiham olunur.
Qeyd edilir ki, generalın məlumat sızdırması hələ 2025-ci ilin iyununda başlayıb. O, jurnalistlərlə görüşlərini Pentaqonun ictimaiyyətlə əlaqələr idarəsi ilə razılaşdırmayıb. Həmçinin məlumatları jurnalistlərə təqdim etməzdən əvvəl onların yoxlanılmasını təmin etməyə çalışmayıb.
Xatırladaq ki, ABŞ-nin müharibə naziri Pit Heqset Birləşmiş Qərargah Rəisləri Komitəsinin Strateji Planlaşdırma İdarəsinin rəisi, general-leytenant Brett Silvanı vəzifəsindən azad edib.
“Atlantic” jurnalı bu həftənin əvvəlində Pentaqonun planlaşdırma üzrə baş mütəxəssisi, quru qoşunlarının general-leytenantı Brett Silvanın Birləşmiş Qərargah Rəisləri Komitəsində tutduğu vəzifədən kənarlaşdırıldığını yazıb. Nəşr həmin vaxt qərarın səbəbləri ilə bağlı heç bir izahat verilmədiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top