Derbidəki davaya görə verilən cəzalar bəlli oldu


Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) “Fənərbağça”nın futbolçusu Arçi Braunu 3, “Qalatasaray”ın oyunçusu Abdülkərim Bardakçını isə 2 oyunluq cəzalandırıb.
Yeniavaz.com
xəbər verir ki, Federasiyanın açıqlamasına görə, “Qalatasaray” ümumilikdə 2 milyon 120 min lirə (təxminən 67 min dollar) məbləğində cərimələnib.
Cəzalar azarkeşlərin nalayiq və təhqiramiz şüarları, tribunalarda baş verən insidentlər və matçdan kənarlaşdırılmış futbolçunun qarışıq zonada açıqlama verməsi ilə bağlıdır.
Dava saldığına görə “Qalatasaray”ın futbolçusu Abdülkərim Bardakçıya 2 oyunluq diskvalifikasiya və 67 min lirə cərimə verilib.
“Fənərbağça” isə oxşar səbəblərə görə ümumilikdə 1 milyon 277 min 500 lirə (təxminən 40 min dollar) cərimələnib.
“Fənərbağça”nın futbolçusu Arçi Braun davada iştirakına görə 3 oyunluq diskvalifikasiya və 100 min lirə cərimə alıb.
Bundan əlavə, hər iki kluba tribunaların müəyyən hissələrinin bağlanması cəzası verilib.

DİGƏR XƏBƏRLƏR

Top