
Magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-da paytaxtın Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz sızmasının aradan qaldırılması məqsədilə təmir işləri oktyabrın 30-da saat 10:00-dan başlayacaq və işlər başa çatanadək qeyd olunan ərazilərdə qazın verilişi dayandırılacaq:
“Qaz təchizatı təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz