“ABŞ İranla gərginliyin müvəqqəti azaldılması barədə razılaşmaya yaxınlaşır” – Barak


ABŞ-nin Türkiyədəki səfiri və ölkənin İraq və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak oktyabrın 29-da Dohada keçirilən “Global Perspectives” tədbiri çərçivəsində CNN-ə müsahibəsində Vaşinqtonun İranla gərginliyin müvəqqəti azaldılması barədə razılaşma əldə etməyə yaxın olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, onun sözlərinə görə, münaqişənin tam həllinə yaxın gələcəkdə nail olunması az ehtimal olunur.
“Qətər, Pakistan və bütün müttəfiqlərimiz bizi bir otaqda toplamaq və proses barədə razılığa gəlməyimiz üçün yaxşı iş görüblər. Biz buna yaxınıq. Düşünürəm ki, nəhayət, “gəlin sadəcə fasilə verək” deyə biləcəyimiz mərhələyə çox yaxınlaşmışıq”, – deyə ABŞ nümayəndəsi bildirib.
O vurğulayıb ki, hazırda söhbət hərtərəfli sazişdən deyil, gərginliyin artmasının müvəqqəti dayandırılmasından gedir:
“Bu, region ölkələrinə münaqişənin gələcək həlli yolunu müstəqil müəyyənləşdirmək imkanı verə bilər”.
Barakın fikrincə, gərginliyin azaldılması prosesi qarşıdakı iki həftə ərzində başlaya bilər.

DİGƏR XƏBƏRLƏR

Top