ABŞ ötən il 39 min nəfər müsəlman qaçqını qəbul edib

Donald Trampın miqrantların ölkəyə gəlişinin məhdudlaşdırmasını nəzərdə tutan fərmanı müsəlmanların yalnız 12 faizinə təsir edəcək. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın "Pew Research Center" şirkətinin hazırladığı hesabatda deyilir: "Ötən il ABŞ təxminən 39 min nəfər müsəlman qaçqını qəbul edib. Ölkəyə gələn qaçqınların 46 faizini müsəlmanlar, 44 faizini isə xristianlar təşkil edib".

Qeyd edək ki, 2016-cı ildə ABŞ-a 84 min 995 qaçqın gəlib. Amma 2017-ci ildə ABŞ-a gələcək müsəlman qaçqınların sayının 30-40 faiz azalacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top