Ona səs verənlərə belə təşəkkür etdi: “Futbol azarkeşlərə məxsusdur!”


Portuqaliyalı hücumçu Kriştianu Ronaldo “Bütün Dövrlərin “Qızıl Top”u” səsverməsində ona səs verən azarkeşlərə təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “İnstaqram” səhifəsində bildirib. 
“Futbol azarkeşlərə məxsusdur! Dünyadakı bütün azarkeşlərə təşəkkür edirəm. “Bütün Dövrlərin “Qızıl Top”u” da sizə məxsusdur”, - Ronaldo qeyd edib. 
Qeyd edək ki, təşkilatçılar tarixin ən yaxşı “Qızıl top” mükafatı üçün ödənişli səsverməyə başlayıblar. Səsəvermədə 2008-ci ildə “Mançester Yunayted”də oynayarkən mükafatı qazanan və bununla birlikdə İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının qalibi olan Ronaldo birinci olub. Həmçinin, bu, portuqaliyalı futbolçunun karyerasındakı ilk “Qızıl top”u olub. Daha sonra o, mükafatı daha dörd dəfə qazanıb.
Azarkeşlər hər səs üçün 1 avro ödəyiblər. 2008-ci ilin “Qızıl top” mükafatı 75% səs toplayıb.
İlk üçlüyə isə 2012 və 2017-ci illərin mükafatları daxil olub. Bu mükafatları müvafiq olaraq argentinalı hücumçu Lionel Messi və portuqaliyalı hücumçu Kriştianu Ronaldo qazanıblar.
Qeyd edək ki, “Qızıl top” mükafatlandırma mərasimi 26 oktyabrda Londonda keçirilib. 2025/26 mövsümünün ən yaxşı futbolçusu mükafatı Almaniyanın “Bavariya” klubunun ingilis hücumçusu Harri Keynə verilib.
Xatırlafdaq ki,”Qızıl top” mükafatı 1956-cı ildən bəri təqdim olunur. 1994-cü ilə qədər bu mükafat yalnız Avropa klubunda oynayan avropalı oyunçuya verilirdi. 1995-ci ildə mükafatın əhatə dairəsi genişləndirilərək, Avropada oynayan istənilən millətdən olan oyunçuları da əhatə etdi. Həmin il “Qızıl top” mükafatını liberiyalı hücumçu Corc Vea qazandı. 2007-ci ildən bəri dünyanın istənilən klubundan olan oyunçular “Qızıl top” uğrunda mübarizə aparmaq hüququna malikdirlər.

DİGƏR XƏBƏRLƏR

Top