
İran hələ ki, ABŞ-nin vitse-prezidenti C. D. Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinə ünvanladığı məktuba cavab verməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, İran tərəfi məktubu alıb, lakin hələ cavab verməyib.
Tehran Vaşinqtonun İranın yeddi şərtini yerinə yetirməsində israr edir və İranın bu yekun yanaşmasını pozan istənilən mövqe qəbuledilməzdir.
Qeyd edək ki, bir gün əvvəl “The Wall Street Journal” qəzeti C. D. Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə münaqişənin həlli üçün İranla danışıqları bərpa etmək cəhdi ilə məktub göndərdiyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz