
Rusiya Prezidenti Vladimir Putin Rusiya və Avropa arasında mümkün müharibədən danışıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, o, Rusiya və Avropa arasında müharibə baş verəcəyi təqdirdə, qalib olmayacağını bildirib.
“Əgər Rusiya və Avropa arasında müharibə baş versə, qalib olmayacaq. Qoy Avropada heç kim bunu unutmasın”, - Rusiya Prezidenti qeyd edib.
Putin həmçinin qeyd edib ki, Qərb Rusiyaya strateji məğlubiyyət vermək məqsədinə çatmayıb və bunun 2030-cu ilə qədər mümkün olması ehtimalı azdır.
Tətbiqimizi yükləyə bilərsiniz