
Venesuelada president seçkilər keçiriləcək.
Yeniavaz.com “Telesur” telekanalına istinadla xəbər verir ki, bu barədə Venesuelada president səlahiyyətlərini icra edən Delsi Rodriqes xalqa müraciəti zamanı bildirib.
“Seçkilər konstitusiyanın tələb etdiyi kimi, yenilənmiş seçki orqanları tərəfindən təşkil olunacaq və dünya buna şahid olacaq”, - o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Rodriqes hökumətin bütün siyasi qüvvələrin ölkə həyatında iştirakına zəmanət verdiyini bildirmişdi.
Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ Venesueladakı hərbi hədəflərə hava hücumları təşkil edib və yerüstü əməliyyat keçirərək Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Maduronu həbs edib. Onlar ABŞ-yə aparılıb və Nikolas Maduro narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığı ittihamları ilə mühakimə olunub. Maduro həbs edildikdən sonra vitse-prezident Delsi Rodriqez prezidentlik səlahiyyətlərini icra etməyə başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz