
İspaniyanın Toledo əyalətində baş verən dəmir yolu qəzasında ölənlərin sayı 74 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El Diario” qəzeti məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 100-ə yaxın insan yaralanıb. Onlardan 53-ü xəstəxanadadır, 15 nəfərin vəziyyəti kritikdir.
Qəzadan sonra 64 nəfər itkin düşdüyü bildirilir.
Qeyd edək ki, daha əvvəl qəzada 68 nəfərin öldüyü bildirilmişdi.
Xatırladaq ki, oktyabrın 28-i səhər İspaniyada iki qatar toqquşub. Madriddən Sevilyaya gedən “Renfe” qatarı dayanmış “İryo” qatarı ilə toqquşub. Nəticədə bir neçə vaqon relsdən çıxaraq bəndə düşüb. Qatarlarda ümumilikdə 540-dan çox sərnişin olub. Xidmət dayandırılıb və hakimiyyət orqanları faciənin səbəbini araşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz