“Böyük Dəbilqə”də qızıl medal alan ilk qadın cüdoçu oldu


Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, finalda türkiyəli Merve Azak ilə qarşılaşan idmançı rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da, Könül Əliyeva “Böyük Dəbilqə” yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri oktyabrın 31-də başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top