
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, cüdoçumuz finalda Tacikistan təmsilçisi Loiq Kudbudinovu ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri oktyabrın 31-də başa çatacaq.
Tətbiqimizi yükləyə bilərsiniz