
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı il Dünya Kuboku üçün bilet satışından 5 milyard dollar qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, bu məbləğ 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda bilet satışından əldə edilən gəlirdən beş dəfə çoxdur. Belə ki, bu turnirdə FİFA bilet satışından 929 milyon dollar əldə edib.
Digər tərəfdən, “The Times” qəzetinin sorğusuna cavab olaraq FİFA rəsmi rəqəmlərin təşkilatın illik hesabatında dərc olunacağını bildirib.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku tarixdə ilk dəfə eyni vaxtda üç ölkədə - ABŞ, Kanada və Meksikada keçirilib. İspaniya finalda Argentinanı əlavə vaxtda 1-0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Tətbiqimizi yükləyə bilərsiniz