İsrail İrandakı enerji obyektlərinə zərbə endirə bilər – ABŞ-dən icazə istəyir...


İsrail Tehrana qarşı hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə əvvəllər hücuma məruz qalmayan İran enerji obyektlərinə zərbə endirmək üçün Vaşinqtondan icazə istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kan” dövlət teleradio şirkəti İsrail mənbəyinə istinadla məlumat verib.
Onun sözlərinə görə, İsrail ABŞ Prezidenti Donald Trampdan Vaşinqtonun hələ icazə vermədiyi hədəflərə, xüsusən də enerji obyektlərinə zərbə endirmək üçün razılıq alacağına ümid edir.
Belə ki, çərşənbə günü ABŞ Prezidenti Donald Tramp Ohayo ştatında Respublikaçı tərəfdarları qarşısında çıxış edərkən İrana qarşı müharibəni “çox tez” bitirmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Lakin 8 iyul gecəsi ABŞ Hörmüz boğazı ilə bağlı müqavilənin şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı hücumları bərpa edib. Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi qüvvələrin istifadəsinə faktiki olaraq son qoyduğunu və sanksiyalar vasitəsilə onu iqtisadi cəhətdən boğmaq cəhdlərinə keçdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top