Türkiyə, Rusiya və İran yenidən Astanada toplaşacaq

Türkiyə, Rusiya və İran nümayəndələri Suriya münaqişəsinin nizamlanması üzrə yenidən Qazaxıstanın paytaxtı Astanada toplaşacaqlar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov deyib. Onun sözlərinə görə, görüş fevralın 6-da baş tutacaq: “Danışıqlarda BMT-nin Suriya nizamlanması üzrə nümayəndəsi də iştirak edəcək. Qarşıdakı görüş çərçivəsində Suriyada atəşkəs üzrə 3 qarant ölkə - Rusiya, Türkiyə və İran tərəflərin atəşkəs rejiminə əməl etmələrini müzakirəsini, silahlı müxalifətin atəşkəsin möhkəmləndirilməsi barədə təklifinə baxmağı planlaşdırır”.

DİGƏR XƏBƏRLƏR

Top