Ceyranbatanda məktəblilər popkorndan zəhərlənib? – Rəsmi açıqlama + Yenilənib


Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli məktəbdə zəhərləndiyi iddia edilən şagirdlərin rotavirus infeksiyasına yoluxduğu məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

***20:09 
Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

***17:22 
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
Yeniavaz.com
Oxu.az-a istinadla xəbər verir ki, əraziyə təcili tibbi yardım cəlb olunub.
Onların popkorndan zəhərləndiyi iddia olunur.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə 10 şagirdin zəhərlənməsi ilə bağlı məsələ üzərində araşdırma aparılır.
Qeyd olunub ki, sözügedən məsələ AQTA tərəfindən nəzarətə götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top