Kapadokyada “pəri bacası” çökdü: Ölü və yaralılar var – Video


Türkiyənin Nevşehir vilayətindəki Kapadokya bölgəsində yerləşən qaya sütunlarından (“pəri bacası”) biri çöküb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Göreme Açıq Hava Muzeyinin girişində baş verib.
Məlumata görə, əraziyə təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, onların dəqiq sayı və hadisənin başvermə səbəbi barədə hələlik ətraflı məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top