
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.
“Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir”, - məlumatda deyilir.
Xatırladaq ki, dünən Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə dünyasını dəyişən şagirdin intihar etdiyi barədə məlumatlar yayılıb.
Hadisədən sonra məktəbin qarşısında çəkiliş aparan “Real TV”nin əməkdaşına qarşı fiziki zorakılıq edilib.
Tətbiqimizi yükləyə bilərsiniz