Hacı Vəliyevin cəzası azaldıldı


“Gənc Qazilər Birliyi”nin sədri, Vətən müharibəsi qazisi Hacı Vəliyevin barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Hacı Vəliyevin cəzası 2 il 6 aydan 2 ilə endirilib.
Xatırladaq ki, Tovuz Rayon Məhkəməsinin hökmünə əsasən, Hacı Vəliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.
Qeyd edək ki, Hacı Vəliyev ötən ilin aprelində barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top