Bosfor boğazında hərəkət dayandırıldı


Bu gün – oktyabrın 29-u səhər saatlarında yük gəmisində mühərrik nasazlığı yarandığı üçün Bosfor boğazında hər iki istiqamətdə gəmi hərəkəti müvəqqəti dayandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, Sent-Kits və Nevis bayrağı altında üzən “Alisuvar Mammadov” quru yük gəmisində mühərrik nasazlığı baş verib.
Uzunluğu 139 metr olan gəmi Bolqarıstanın Varna limanından yola çıxıb və İstanbulun Kanlıca rayonu yaxınlığında hərəkətini dayandırıb.
Nasazlıq yaranan gəmiyə yedək gəmiləri köməyə gəlib.

DİGƏR XƏBƏRLƏR

Top